Türkiyə Suriya sərhədinə 50-yə yaxın zirehli nəqliyyat vasitəsi göndərib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, TSQ-nin Hatay şəhərinin Qırıqxan mahalına göndərdiyi hərbi birliklərin tərkibində xüsusi təlim keçmiş komandoslar da yer alıb.