Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi Suriyadan Türkiyəyə yeni köç dalğasının başlaması ilə bağlı yayılan xəbərlər barədə açıqlama verib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin “Twitter” hesabında paylaşım edilib.
Açıqlamada bu iddiaların həqiqəti əks etdirmədiyi bildirilib.
“Sosial şəbəkələrdə Suriyadan ölkəmizə yeni köç dalğasının olması ilə bağlı məsuliyyətsiz şəkildə yayılan paylaşımlar yalandır və təxəyyül məhsuludur. Bu paylaşımlara və iddia sahiblərinə etibar edilməməlidir”, – deyə məlumatda qeyd olunub.