Türkiyə növbəti antiterror əməliyyatına başladı

Türkiyədə separatçı terror təşkilatı PKK-nı ölkənin gündəmindən çıxarmaq və bölgədə olduğu düşünülən terrorçuları təsirsiz hala gətirmək üçün başladılan “Eren” əməliyyatları davam edir.

Milletinsesi.az oxu.az-a istinadən bildirir ki, ölkənin Daxili İşlər Nazirliyi Hatay, Osmaniye və Qaziantep çöllərində “Eren-8 Amanoslar” əməliyyatının başladıldığını açıqlayıb.

Əməliyyat Adana Jandarma Bölgə Komandanlığının rəhbərliyi altında həyata keçirilir.

“Eren-8 Amanoslar”da 1 670 personal və 96 əməliyyat qrupu iştirak edir.

Share: