
Türkiyə ordusu İraqın şimalında daha 3 PKK terrorçusunu zərərsizləşdirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, terrorçular İraqın şimalında “Pençe-Kilit” əməliyyatının keçirildiyi bölgədə məhv edilib.
“Şəhidlərimiz üçün, millətimiz üçün, əziz vətən üçün mücadiləyə davam”, – deyə məlumatda qeyd olunub.