Türkiyə Silahlı Qüvvələri şəhid verib.
Milletinsesi.az-a görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hərbçi İsmet Eraslan müalicə olunduğu xəstəxanada vəfat edib.
O, 2018-ci ildə PKK terrorçularının həyata keçirdiyi bombalı hücum nəticəsində yaralanaraq qazi olmuşdu.