
Türkiyədə 14 mayda keçirilmiş parlament seçkilərinin nəticələri əsasında formalaşan 28-ci çağırış Türkiyə Böyük Millət Məclisi (TBMM) sabah yeni tərkibdə fəaliyyətə başlayacaq.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, sabah Türkiyə parlamentində deputatların andiçmə mərasimi keçiriləcək.
Qanunverici orqanın ilk iclasına iqtidar partiyasının müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli rəhbərlik edəcək.
Qeyd edək ki, seçkinin nəticələrinə əsasən, hakim “Cümhur İttifaqı” parlamentdə yenidən çoxluq əldə edib.