
Türkiyə Böyük Millət Məclisinə (TBMM) yeni spiker seçilib.
Modern.az xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.
Bildirilir ki, bu vəzifəyə AKP və MHP-nin namizədi Numan Kurtulmuş layiq görülüb.
O, səsvermənin ilk turunda deputatların 317-sinin səsini qazanıb. Bu, yetərsay olmadığı üçün sədr seçimi 2-ci tura qalıb. Bu turda da yetərli say olmayıb. N.Kurtulmuş bu mərhələdə 321 səs ala bilib.
Üçüncü səsvermədə isə N.Kurtulmuş TBMM sədri seçilib.