Türkiyə Rusiya uçuş bazarının 2/3-nə sahibləndi

Rusiya sanksiya tətbiqindən sonra təyyarə çatışmazlığına görə Türkiyəyə ölkələr arasında uçuşlar bazarının üçdə ikisini tutmağa icazə verib.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Nəşrin yazdığına görə, Rusiya turistlər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün belə bir addım atıb. Mayın 18-nə olan məlumata görə, Rusiya aviaşirkətinin 237 uçuşuna qarşı Türkiyə 428 müntəzəm uçuş həyata keçirib.

Qeyd edək ki, 2021-ci ildə Türkiyə rus turistlər üçün ən populyar xarici ölkə olub. Bir il ərzində 4,7 milyon rusiyalı bu ölkəni ziyarət edib.

Share: