
Türkiyə Rusiya və Ukrayna arasında müharibəni dayandıraraq sülhə nail olmaq istəyir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada macarıstanlı həmkarı Katalin Novak ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bunun üçün tərəfləri danışıqlar masasına qaytararaq İstanbul prosesini yenidən canlandırmaq mümkündür.