
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya XİN başçısı Sergey Lavrov və suriyalı həmkarı Faysal Midhadla görüş keçirəcək.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Çavuşoğlu özü məlumat verib.
Onun sözlərinə görə, görüş yanvarın ikinci yarısında olacaq.
Qeyd edək ki, bundan əvvəl üç ölkənin müdafiə nazirləri və kəşfiyyat orqanlarının rəhbərləri də görüş keçirmişdilər.