
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Lənkərana səfər edib.
Modern.az xəbər verir ki, səfir bu barədə tviter hesabında yazıb.
“Çay, düyü, limon və feyxoa diyarı Lənkərandayıq.
Azərbaycanda sərmayələri ilə iqtisadiyyata və məşğulluğa ciddi töhfə verən “Betaçay”da olduq. Beşir və Cəlal Uğurdan çay və çəltik istehsalı haqqında məlumat aldıq.