Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi

Türkiyənin Azərbaycandakı səfirliyi Vətən müharibəsində şəhid olanlara görə Azərbaycana başsağlığı verib.

Milletinsesi.az xəbər verir ki, bu barədə səfirliyin Tvitter hesabında paylaşım edilib.

“Azərbaycan ərazilərinin bütövlüyü uğrunda həyatını fəda edən 2 783 qardaşımızı rəhmətlə yad edərək yaralı qardaşlarımıza tezliklə sağalmalarını diləyir və “iki dövlət – bir millət” anlayışı ilə həmişə Azərbaycanın yanında olacağımızı bir daha qeyd edirik”, – səfirlikdən bildirilib.

 

Share: