Türkiyə sərhədində 42 kiloqram narkotik aşkarlandı

Türkiyə sərhədində 42 kiloqram narkotik aşkarlandı

Türkiyə-Bolqarıstan sərhədində 42 kiloqram narkotik vasitə aşkar olunub.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, narkotik maddələr Bolqarıstandan Edirneyə keçən yük maşınından götürülüb.

 

Belə ki, gömrük yoxlamasında yük maşını “X-Ray” cihazı vasitəsilə yoxlanılarkən sürücü yük yerindən bir neçə torbanı götürərək yaxınlıqdakı zibil qabına atıb.

 

Gömrük əməkdaşları torbalarda 10.5 kiloqram kokain, 31.5 kiloqram ekstazi maddələri aşkarlayıblar.

 

Bildirilib ki, faktla bağlı Edine Prokurorluğunda araşdırmalar davam etdirilir.

Mənbə

Share: