Türkiyə Ukraynadakı vətəndaşlarına çağırış etdi

Ukraynanın hava məkanı hələ ki qapalıdır. Mövcud vəziyyətdə evlərinizdə və ya təhlükəsiz bir yerdə qalmanızı, səyahətdən qaçınmanızı xahiş edirik.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi Ukraynada yaşayan vətəndaşlarına çağırışında bildirib.

“Ölkəni tərk etmək istəyənlər üçün lazımi dəstək və koordinasiya təmin ediləcək”, – çağırışda vurğulanıb.

Share: