Türkiyə və Rusiya xarici işlər nazirləri Cənubi Qafqazda baş verən hadisələri müzakirə edəcək.
Bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Moskvada rusiyalı həmkarı ilə keçirdiyi görüşdən əvvəl bildirib.
O, həmçinin Sergey Lavrovla Qara dəniz taxıl dəhlizinin bərpası və Rusiya-Ukrayna müharibəsinin ədalətli sülh yolu ilə başa çatdırılması məsələlərinin də gündəmdə olduğunu qeyd edib.