Türkiyə və Rusiyanın bölgədəki hərbi təlimləri nəyə hesablanıb?

Vladimir Muxin,
“Nezavisimaya”
Rusiya

Zaqafqaziyada münaqişələrin kəskinləşməsinin səbəbi neft-qaz amilində axtarılır.
Rusiya qoşunlarının 102-ci hərbi bazasının hərbi manevrləri ötən şənbə günü Ermənistanda başlayıb. Təlimlərin fəal fazası Ermənistan sərhədləri yaxınlığında Azərbaycan-Türkiyə analoji manevrlərinin keçirildiyi vaxta təsadüf edib. Xatırladaq ki, İrəvandakı 102-ci rus hərbi hissə bölmələri operativ surətdə bağlı olduqları qoşunların döyüş hazırlığının yoxlanılmasına qəfil başlanıldığını bəyan edib. Hazırda faktiki olaraq, Zaqafqaziyada iki millətlərarası qoşun qrupu (Ermənistan-Rusiya və Azərbaycan-Türkiyə) böyük miqyasda bir-birinə güc nümayiş etdirir.

Azərbaycan şənbə günü səhər yenidən Ermənistanı “Tovuz rayonunun dörd sərhədyanı kəndini və Gədəbəy rayonunun adsız yüksəkliklərini atəşə tutmaqda ittiham edib. Bakının ünvanına da analoji ittihamlar Ermənistan tərəfindən səsləndirilib. Özü də qaynar nöqtə Dağlıq Qarabağ ərazisindən xeyli uzaqlıqda, Türkiyəyə uzanan neft-qaz magistrallarının yaxınlığında yerləşir.

Bakı və Yerevanda qeyd edirlər ki, aparılan manevrlər planlıdır və sərhəddə vəziyyətin gərginləşməsi ilə bağlı deyil. Rusiya da eyni mövqeni ifadə edir. Cənubi hərbi dairənin (CHD) məlumatına görə, Zaqafqaziyadan əlavə, taktiki təlimlər ötən həftə eyni zamanda səkkiz digər regionun ərazisində keçirilir, CHD-nin qoşunları orada (Dağıstanda, Şimali Osetiyada, Çeçenistanda, Volqoqrad və Rostov vilayətlərində, həmçinin Abxaziyada və Cənubi Osetiyada Rusiya hərbi bazalarında) yerləşdirilib.

Bu manevrlərə “Qafqaz-2020” strateji komanda-qərargah təlimlərinə hazırlıq mərhələsi kimi baxılır.

CHD-dən verilən məlumata görə, hazırda “Rusiyanın Ermənistandakı hərbi bazasının bölmələri ilə ikitərəfli taktiki təlimdə 1,5 mindən artıq hərbi qulluqçu iştirak edir, 500-dən artıq hərbi texnika, o cümlədən MiQ-29 qırıcıları, Mi-24P helikopterləri, Mi-8MT və müasir pilotsuz uçuş aparatları fəaliyyət göstərir”.

Bu, hazırdAlagöz dağ poliqonunda fəaliyyət göstərən Rusiya qoşunlarının əhəmiyyətli qrupudur“, – deyən hərbi ekspert, ehtiyatda olan general-leytenant Yuri Netkaçev bildirib ki, 90-cı illərdə da Zaqafqaziyada Rusiya qoşunları qrupunda xidmət edib və dəfələrlə bu cür manevrlərə qatılıb. Netkaçevin fikrincə,Türkiyə ilə sərhəddə – Gümrüdə yerləşən Rusiya bölmələri hazırda Ermənistan ərazisinin dərinliklərinə çəkilib və İrəvan şəhərindən bir neçə kilometr şimalda yerləşən “Alagöz” erməni hərbi poliqonuna gətirilib. “Bu, başa düşüləndir, çünki təlim-döyüş vəzifələrini yerinə yetirmək və dinc dövrdə silahlardan istifadə etmək üçün hərbi qulluqçular yalnız poliqon və atıcılıq sahələrindən istifadə edə bilərlər”.

Ekspert hesab edir ki, hərbi bölmələrin Ermənistan ərazisi üzrə yerdəyişməsinin başqa mənası da var. “Əvvəllər 102-ci hərbi hissə manevrlərinin niyyəti Türkiyənin və onun NATO-dakı müttəfiqlərinin cənub-qərb istiqamətindən gələn hərbi təhlükələrinin qarşısını almağa yönəlmişdi. İndi isə vəziyyət dəyişir”, – deyə Netkaçov bildirib ki, Türkiyə Suriyadakı vəziyyətin nizamlanması üzrə Rusiyanın tərəfdaşı olub. Onun NATO və ABŞ-la münasibətlərində problemləri var. Bununla yanaşı, Ankara Azərbaycanı dəstəkləyir və onun Bakı ilə birgə manevrlərdə iştirakının Ermənistanla silahlı toqquşmalara çevrilə biləcəyini istisna etmək olmaz. Ekspertin fikrincə, Rusiya qoşunlarının bu ölkədə olması, məhz, çəkindiricilik məqsədi daşıyır: “Bu, münaqişə tərəflərinin genişmiqyaslı müharibəyə başlamamasının təlimidir“.

Bir sıra Türkiyə və Azərbaycan ekspertlərinin də fikrincə, münaqişənin genişlənməsi təhlükəsi qalmaqdadırTürkiyəli politoloq Toğrul İsmayıl hesab edir ki, Bakı ilə İrəvan arasında vəziyyətin gərginləşməsi Azərbaycan qazının Türkiyəyə nəqlinin artması fonunda baş verir. Hərbi ekspert Üzeyir Cəfərov da bu fikirdədir. O da iddia edir ki, Ermənistan və Azərbaycan hərbçilərinin münaqişələri, atışmaları və döyüşləri əsasən Azərbaycan hərbi kommunikasiyalarının keçdiyi Tovuz rayonunun Ağdam kəndi yaxınlığında Qaraqaya yüksəkliyində, həmçinin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Supsa neft kəmərləri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi Azərbaycanın strateji enerji nəqli marşrutlarında baş verir: “Bu bölgədən keçən neft və qaz kəmərləri Avropa bazarında Rusiya karbohidrogenlərinə alternativdir”, – deyə Cəfərov vurğulayır. O əmindir ki, yaxın zamanlarda Bakı ilə İrəvan arasında yeni gərginliyin baş verməsi tamamilə realdır, çünki bu, karbohidrogenlərin Azərbaycandan Türkiyə və Avropaya nəqli Rusiyanın kəmərlərinin səmərəliliyinə mənfi təsir göstərə bilər. Guya bu işdə yalnız Yerevan deyil, Rusiya da maraqlıdır.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Vladimir Popov isə belə qənaətlərin “təxribat xarakterli” olduğuna inanır: “Bu manevrlər Rusiyanın Azərbaycana qarşı hansısa təcavüzkar hərəkətlərindən şübhələnməyə əsas vermir. Türkiyə Avropaya qaz ixracı üzrə Rusiyanın tərəfdaşıdır. Azərbaycan qazı da Moskvanın hansısa hərbi əməliyyatlara başlamasına səbəb deyil”, – deyə ekspert bildirib.

Tərcümə edən: Ovqat.com

Share: