Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri üçün ölkə xaricində səsvermə bu gün başa çatır.
Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, 1 632 000 seçici bu vaxta qədər xaricdə səs verib. Xarici ölkələrdə səsvermə Türkiyənin diplomatik nümayəndəliklərində və gömrük məntəqələrində həyata keçirilir.
27 apreldən başlayan prosesin 9 mayda – bu gün sona çatması nəzərdə tutulmuşdu. Artıq bəzi ölkələrdə verilən səslər Ankaraya göndərilib.