Türkiyə Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Tvitterdə paylaşım edib.
Milletinsesi.az paylaşımın mətnini təqdim edir:
“20 Yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı üçün şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq”.
Qeyd edək ki, bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 31 il ötür.