Türkiyə yeni hərbi təlimə başladı

Türkiyə yeni hərbi təlimə başladı

Türkiyə Quru, Hərbi Dəniz və Hərbi Hava Qüvvələri, həmçinin Sahil Mühafizə Komandanlığının birgə iştirakı ilə “Kurtaran-2023” hərbi təlimləri başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

 

Təlimdə Türkiyə ilə yanaşı, Azərbaycan, Avstraliya, Bəhreyn, Bolqarıstan, Cənubi Koreya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, İndoneziya, Cənubi Afrika Respublikası, Qətər, Malayziya, Rumıniya, Sinqapur, Səudiyyə Ərəbistanı və Omandan 41 müşahidəçi iştirak edir.

 

Hərbi təlimə müxtəlif suüstü və sualtı gəmilər, sualtı qayıqlar da qatılıb.

Mənbə

Share: