Türkiyə silahlı sürücüsüz quru texnikası BARKAN-nın sınaqlarına başlayır.
Millətin Səsi.az xəbər verir ki, bu barədə HAVELSAN şirkətinin məlumatında deyilir.
Artıq ilin sonunda sözügedən texnikanın Türkiyə ordusunun inventarına daxil olması planlaşdırılır.
“İyun-avqust aylarında sınaqlar keçiriləcək. Sınaqların nəticələrinə əsasən, texnikaların müəyyən modifikasiyalarının olacağı qaçılmazdır. Təkmilləşmə də aparıla bilər. İlin sonuna doğru texnikaları fəaliyyətdə görə bilərik. Xüsusilə pilotsuz uçuş aparatlarının (“Bayraqdar” – red.) dəstəyi ilə bu texnikaların birgə fəaliyyətini təmin etmək istəyirik”, – deyə şirkət rəhbərinin müavini Muhittin Solmaz bildirib.