
Türkiyədə 14 bölgədə eyni vaxtda FETÖ-yə qarşı “Kıskaç-7” əməliyyatı keçirilib.
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib.
Məlumata görə, əməliyyat zamanı 67 şübhəli ələ keçirilib.
“Antalya, Manisa, Ankara, Aydın, Konya, Artvin, İstanbul, Bilecik, Edirne, Uşak, Isparta, Şanlıurfa, Kırşehir və Elazığda həyata keçirilən “Kıskaç-7” əməliyyatı nəticəsində 67 şübhəli şəxs saxlanılıb. Həmçinin külli miqdarda pul, rəqəmsal materiallar və təşkilati sənədlər aşkar edilib”, – deyə Ali Yerlikaya bildirib.
Nazir, həmçinin 2023-cü il iyunun 1-dən indiyədək 4 min 22 əməliyyat keçirildiyini və 6 min 45 şübhəlinin saxlanıldığını qeyd edib.