Türkiyənin paytaxtı Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində 200 ton saxta spirtli içki müsadirə edilib.
Milletinsesi.az-ın məlumatına görə, əməliyyat zamanı 107 nəfər saxlanılıb.
Onlar saxta içkilərin hazırlanmasında şübhəli bilinir.
Qeyd edək ki, dekabrın 5-də keçirilmiş bu cür əməliyyat nəticəsində 2 nəfər saxlanılmışdı.Bundan qabaq isə iyuldakı əməliyyat zamanı 20 nəfər saxlanılıb. (Trend)