
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun terror və korrupsiya iddiaları ilə saxlanılmasına görə İstanbul, Ankara, İzmir, Adana, Antalya, Çanaqqala, Əskişəhər, Konya və Ədirnədə keçirilən aksiyalarda 343 nəfər saxlanılıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə İstanbul Prokurorluğu məlumat yayıb.
Məlumatda bildirilib ki, ictimai asayişi pozmağa, təhlükəsizliyi təhdid etməyə, xaos və təxribata can atanlara heç vaxt imkan verilməyəcək.