Türkiyədə daha 6 futbol hakiminin koronavirus testi müsbət çıxıb.
Qol.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının saytı məlumat yayıb. Onlardan 4-ü əsas, 2-si isə yan xətt referiləridir. Hakimlərin 14 gün müddətinə karantinə alındığı bildirilib.
Qeyd edək ki, daha əvvəl Türkiyədə 2 hakim koronavirusa yoluxmuşdu.