Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə Çorum vilayətinin Osmancıq rayonunda qeydə alınıb.
Məlumata görə, avtomobilin idarəetməni itirib yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölənlərdən birinin azyaşlı olduğu deyilir.
Xəstəxanaya çatdırılan digər 3 nəfərin də vəziyyətinin ağır olduğu bildirilir.
Turan