Türkiyədə avtobus aşdı – 3 nəfər həlak oldu, 31 yaralı var

Türkiyədə avtobus aşdı – 3 nəfər həlak oldu, 31 yaralı var

Türkiyənin Eskişehir vilayətində fəhlələri daşıyan avtobus aşıb.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə vilayətin İnönü rayonunda baş verib.

 

Belə ki, İnönü-Bozüyük magistralının 7-ci kilometrliyində hərəkət olan avtobus aşaraq tarlaya girib.

 

Nəticədə 3 nəfər həyatını itirib, daha 31 nəfər isə xəsarət alıb. Əraziyə jandarm və təcili yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

 

Hazırda qəzanın səbəbləri araşdırılır.

Mənbə

Share: