Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova yeni növ koronavirus infeksiyasına yoluxub.
B unu Turanə Rəsulova özünün sosial şəbəkədəki hesabında bəyan edib.
O, COVID-19-un Britaniya ştammına yoluxduğunu bildirib.
Qeyd edək ki, Hacəttəpə Universitet xəstəxanasında çalışan azərbaycanlı həkim Turanə Rəsulova şair Aqşin Yeniseyin həyat yoldaşıdır.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatıan görə, koronavirusun VOC-202012/01 variasiyası Britaniyada keçən ilin sentyabrında ortaya çıxıb və artıq dünyanın 100-dən çox ölkəsində yayılıb.
Report