
Düz bir ay əvvəl, qardaş Türkiyədə baş vermiş faciə bizi dərindən sarsıdıb.
Modern.az xəbər verir ki, bu barədə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının iclasında çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib.
“İnanırıq ki, yaxın vaxtda qardaş ölkə bu problemdən qurtulacaq. TÜRKPA-nın bu gün keçirilən iclası bizim üçün vacibdir. 85 gündür Azərbaycan ekofəallərı Laçın yolunda ekoloji terrora qarşı mübarizə aparır. Ümid edirik ki, TÜRKPA-nın bu gün baş tutan iclasında bu məsələ də geniş müzakirə olunacaq”, – deyə birinci vitse-spiker vurğulayb.
Qeyd edək ki, Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının iclası keçirilir.