Türkiyədə baş verən zəlzələdən sonra İtaliya sahilləri üçün sunami xəbərdarlığı edildi…

Türkiyədə baş verən zəlzələdən sonra İtaliya sahilləri üçün sunami xəbərdarlığı edildi…

Moderator.az xəbər verir ki, Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələdən sonra İtaliya sahilləri üçün sunami xəbərdarlığı edilib.

 

Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələ və çoxsaylı təkanlardan sonra İtaliya Mülki Müdafiə Departamenti INGV Sunami Xəbərdarlıq Mərkəzi (Cat) tərəfindən işlənmiş məlumatlara əsaslanaraq, İtaliya sahillərinə çata biləcək sunami dalğaları barədə xəbərdarlıq edib. 

 

“Corriere della Sera”nın xəbərinə görə, müvafiq nazirlikdən verilən açıqlamada sahilyanı ərazilərdən uzaq olmaq, yaxınlıqdakı daha yüksək ərazilərə çıxmaq və yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək tövsiyə olunub.

Mənbə

Share: