Türkiyə təhlükəsizlik qüvvələri başına 1 milyon lirə qoyulan terrorçunu ələ keçirib.
Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Muş şəhərinin Varto qəsəbəsində jandarma tərəfindən şübhəli avtomobil saxlanılıb:
“Avtomobildə olan şəxslər tərəfindən atəş açılıb. Silahlı insident zamanı PKK-nın Ərzurum üzrə “səlahiyyətli şəxsi”, başına 1 milyon lirə pul qoyulan “Hayri Mava” ləqəbli terrorçu Mahmud Okay yaralı olaraq ələ keçirilib”.