Türkiyədə fırtına: Evlərin damı uçdu, maşınlar aşdı….

Türkiyənin bir çox şəhəri fırtınaya təslim olub. İstanbul və Kocaelidə məktəblərin fəaliyyəti dayandırılıb.

Millətin Səsi.az xəbər verir ki, İstanbul Valiliyindən edilən açıqlamasında bildirilr:

“Şəhərimizdə güclü külək və tufanın gecə yarısına kimi 90-110 km/saat sürətlə davam edəcəyi, gecə saatlarından etibarən sürətini bir qədər azaldacağı, saat 18.00-dək isə 70-90 km/saat sürətlə davam edəcəyi təxmin edilir.

Istanbuldan gələn vətəndaşlarımızın və tələbələrimizin əlverişsiz hava şəraitindən əziyyət çəkməməsi üçün bütün dövlət-özəl məktəblər, dövlət təhsil mərkəzləri, özəl təhsil kursları, avtomobil sürücüsü kursları, müxtəlif kurslar, xüsusi təhsil və reabilitasiya mərkəzləri, dövlət məktəblərində dəstək və təlim kurslarının fəaliyyəti  30 noyabr 2021-ci il tariniə kimi  dayandırılır”

 

Qeyd edək ku, güclü külək evlərin damını küçələrdəki maşınlara çırpıb. Yük maşınları aşaraq yol hərəkətini iflic edib.

https://youtube.com/shorts/-uKa2Pqz1oQ?feature=share

Haber7.com

Share: