Türkiyənin Van şəhərində 4,9 bal gücündə zəlzələ olub.
Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Vanın Ermişlər qəsəbəsində baş verən zəlzələ yerin 5 kilometr dərinliyində meydana gəlib.
Qeyd edək ki, dağıntı və tələfat barədə dəqiq məlumat verilməyib.