Türkiyənin Malatya şəhərinin Pütürgə rayonunda 5,4 bal gücündə zəlzələ olub.
Milletinsesi.az xəbər verir ki, bu barədə Avropa Seysmologiya Mərkəzi məlumat yayıb.
Zəlzələ başda Adıyaman şəhəri olmaqla, digər ərazilərdə də hiss edilib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi yeraltı təkanların 4,6 bal gücündə olduğunu bildirib.