Türkiyənin Düzce vilayətində baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 46 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
***
Türkiyənin Düzce vilayətində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 35 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında məlumat paylaşıb.
Nazir bildirib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir.
YENİ BİLGİLER: Düzce Gölyaka merkezli, birçok ilimizde hissedilen 5,9 büyüklüğündeki depremde; Düzce’de 1’i ağır 32, İstanbul’da 1, Bolu’da 1, Zonguldak’ta 1 kişi olmak üzere şu anki bilgilere göre yaralı sayısı 35’tir. Sağlık kurumlarımızdaki yaralıların tedavileri devam ediyor.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) November 23, 2022
***
Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub.
Modern.az xəbər verir ki, yeraltı təkanlar İstanbul və Ankara daxil olmaqla, bir çox bölgələrdə hiss olunub.
Zəlzələnin episentri Düzcenin Gölyaka rayonunda yerləşib. Yerli vaxtla saat 04:08-də baş verən təbiət hadisəsinin ocağı yerin 6,81 kilometr dərinliyində qeydə alınıb.
Güclü zəlzələ əhali arasında təşvişə səbəb olub.
Düzcedə elektrik enerjisinin verilməsi dayandırılıb. Bundan əlavə, ölkədə internet bağlantısı ilə əlaqədar problemlər var.