Türkiyədə inflyasiya 48% artıb

 

Türkiyədə istehlak qiymətləri indeksi ilə bağlı rəqəmlər açıqlanıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb.

Bildirilir ki, ölkədə iyul ayında inflyasiya aylıq 9,49 faiz, illik isə 47,83 faiz artıb.

Ən çox bahalaşma restoran və hotellərdə, ən az isə daşınmaz əmlakda müşahidə edilib.

Mənbə

Share: