Türkiyədə İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.
Millətin Səsi.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyat İstanbul şəhərində keçirilib.
Polisin keçirdiyi əməliyyat zamanı İstanbulun 10 rayonunda eyni vaxtda 16 müxtəlif ünvana basqın edilib. Ümumilikdə 13 şübhəli şəxs saxlanılıb.
Bildirilib ki, hazırda saxlanılanlarla bağlı araşdırmalar davam etdirilir.