Türkiyədə koronavirus pandemiyasının ikinci dalğası başladı

Nazir Ankarada İstanbula nisbətən iki dəfə çox yoluxma qeydə aldığını vurğulayıb.

Türkiyədə koronavirus pandemiyasının ikinci dalğası başlayıb.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca açıqlayıb.

Onun sözlərinə görə, hər gün daha çox yoluxma qeydə alınır. Ölkənin şərq vilayətləri Mardin, Şanlıurfa, Qaziantep və Ərzurumda yeni yoluxmalar aşkar edilir.

“Ankara, İstanbul, İzmir, Bursa hələ də ən yüksək riskli bölgələr arasındadır”, – Koca jurnalistlərə bildirib.

Nazir Ankarada İstanbula nisbətən iki dəfə çox yoluxma qeydə aldığını vurğulayıb.

Share: