Türkiyədə hazırda koronavirusa qarşı 16 müxtəlif vaksinin hazırlanması üzərində işlər davam edir.
Bunu ölkənin Səhiyyə naziri Fəxrəddin Koca deyib.
O bildirib ki, hələlik vaksinlərdən birinin ilkin mərhələdə sınaqları aparılır.
Nazirin sözlərinə görə, 44 könüllünün iştirak etdiyi sınaqların bu həftə başa çatması planlaşdırılır.
F.Koca Türkiyə istehsalı olan vaksinin gələn ilin aprel ayında hazır ola biləcəyini deyib.
Bundan başqa, Türkiyədə “Pfizer” və “Sinovac” vaksinlərinin sınaqlarının davam etdiyi qeyd olunub./trend