Türkiyədə nazirə qarşı sui-qəsdin qarşısı alınıb

Türkiyənin Sənaye və Texnologiyalar naziri Mustafa Varanka sui-qəsd planının qarşısı alınıb.

Trend-in məlumatına görə, sui-qəsd planı Hakkari vilayətində PKK terrorçularına qarşı həyata keçirilmiş əməliyyat zamanı üzə çıxıb.

Məlum olub ki, nazirə qarşı İstanbulun Esenyurt rayonunda hücum baş verməli imiş.

Faktla bağlı cinayət işi açılıb.

Share: