Aralıq dənizində növbəti dəfə zəlzələ baş verib.
Milletinsesi.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Fəthiyə-Rodos bölgələri arasında 5 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Türkiyə vaxtı ilə səhər saat 07:44-də qeydə alınan zəlzələ dəniz səviyyəsindən 6 kilometr dərinlikdə baş verib.
Zəlzələnin cuzi hiss edildiyini, lakin tələfat və dağıntı olmadığı bildirilib.