Türkiyədə növbəti ZƏLZƏLƏ

Türkiyədə növbəti dəfə zəlzələ hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, təbiət hadisəsi Kayseri vilayətinin İncesu rayonunda baş verib. Rixter şkalası ilə 4 balla qiymətləndirilən yeraltı təkanın ocağı yerin 15.4 kilometr dərinliyində yerləşib.

 

İtki və dağıntılarla bağlı məlumat yoxdur.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. 

Mənbə

Share: