Türkiyənin Elazığ şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 40-a çatıb.
Milletinsesi.az xəbər verir ki, bu gün xilasedicilər Elazığda dağıntılar altından daha bir nəfərin cəsədini çıxarıblar.
Zəlzələ nəticəsində xəsarət alan 86 nəfərin müalicəsi davam etdirilir. Onlardan 18-i reanimasiyaya yerləşdirilib.