Türkiyə ləğv edilmiş ölüm hökmü qərarına yenidən baxmağa hazırlaşır.
Millətin Səsi.az xəbər verir ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın dedikləri buna əsas verir. O bildirib:
“Prezidentin şərhləri bizim üçün göstərişdir. Biz nazirlik olaraq bunun üzərində işləməyə başladıq”.
Qeyd edək ki, ölüm hökmünün qaytarılmasının zəruriliyi ilə bağlı məsələni Türkiyə lideri Tayyib Ərdoğan ölkədə baş verən meşə yanğınları ilə bağlı bir daha qaldırıb.