Türkiyənin şərqindəki Van vilayətində baş verən qar uçqunu nəticəsində 50-dən çox adam uçqun altında qalıb.
Report xəbər verir ki, bu barədə vilayətin rəhbəri Mehmet Emin Bilmez məlumat verib.
Son məlumatlara görə, 300-dən artıq xilasedicinin qatıldığı işlər hazırda davam edir. Hazırda 25 nəfər qar altından çıxarılıb.
***
Türkiyədə qar uçqunu altında qalan 8 nəfər ölüb.
Bunu ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.