Türkiyədə seçkilərin yekun nəticələri AÇIQLANDI 

Türkiyədə seçkilərin yekun nəticələri AÇIQLANDI 

Türkiyə Ali Seçki Komissiyası (YSK) mayın 14-də keçirilən prezident seçkilərinin I turunun yekun nəticəsini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Komissiyanın saytında məlumat yayılıb.

 

Belə ki, Rəcəb Tayyib Ərdoğan 49,52%, Kemal Kılıçdaroğlu 44,88%, Sinan Oğan – 5,17%, Muharrem İnce 0,43% səs toplayıb.

 

Seçkilərdə aktivlik 87,04% olub, 1 milyon 37 min 104 səs etibarsız sayılıb.

 

Seçkilərin ikinci turu mayın 28-də keçiriləcək. Bu turda Ərdoğan və Kılıçdaroğlu yarışacaq.

Mənbə

Share: