Türkiyədə təbii fəlakət nəticəsində 2 nəfər ölüb

Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda leysan yağışlarından sonra torpaq sürüşməsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, sürüşmə nəticəsində fərdi yaşayış evi uçub, bir nəfər uçqunun altında qalaraq ölüb.

Bundan başqa, Mersinin Mut rayonunda dünən axşam baş verən seldən sonra dərəyə düşən avtomobilin sürücüsünün meyiti tapılıb.

Qeyd edək ki, paytaxt Ankara da daxil olmaqla, dünəndən Türkiyənin bir neçə bölgəsində qarlı və çovğunlu hava şəraiti müşahidə edilməkdədir.

Share: