Türkiyənin Elazığ vilayətində 3,8 bal gücündə zəlzələ baş verib.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 22:57-də qeydə alınıb.
Zəlzələnin episentri Sivridge rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.
Yanvarın 24-də baş verən 6,8 bal gücündə zəlzələdən sonra 2 mindən çox afterşok qeydə alınıb.