
Türkiyədə baş verən güclü zəlzələlər nəticəsində ölən xarici ölkə vətəndaşlarının sayı açıqlanıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
O deyib ki, zəlzələr nəticəsində ümumilikdə 6265 xarici ölkə vətəndaşı həyatını itirib.
Qeyd edək ki, Türkiyədə zəlzələlər nəticəsində ölənlərin sayı 47 932-yə çatıb.