Türkiyədə zəlzələ oldu

Türkiyənin İzmir vilayətində zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Qeyd edilir ki, yeraltı təkanlar Urla rayonunda yerli vaxtla saat 05:25-də 4 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 6,84 kilometr dərinlikdə, yeraltı təkanların episentri Urladan 19,49 kilometr məsafədə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur./report

Share: