Türkiyədə zəlzələ oldu

Türkiyənin Tunceli vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı yerin 9,74 km dərinlikdə meydana gəlib. Zəlzələ ətraf rayonlarda da hiss olunub.

Dağıntı və tələfatla bağlı məlumat yoxdur.

Share: